Terrorsuz Türkiyə ən böyük əsərimiz olacaq - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ölkənin terror bəlasından tamamilə xilas olması üçün qətiyyətli addımlar atdıqlarını bildirərək deyib: "Bu musibətdən ölkəmizi, millətimizi tamamilə xilas etmək üçün çox həssas, çox qətiyyətli addımlar atırıq. Məqsədə çatana qədər dayanmayacağıq. Terrorsuz Türkiyə hədəfinə mütləq çatacağıq".
Redaktor.az xəbər verir ki, Ərdoğan bu fikirləri İstanbulda keçirilən "GENÇFEST: Bir Gənclik Festivalı" proqramında çıxışı zamanı səsləndirib. AK Parti Gənclik Qolları tərəfindən təşkil olunan tədbirdə gənclərlə bir araya gəlməkdən məmnunluq duyduğunu bildirən Ərdoğan, təşkilatçılara təşəkkürünü çatdırıb.
Çıxışı zamanı tribunada açılan “Roman olur yazsam seni” və “Kalbimin en nazlı yerinde, yerin var derinde” yazılı plakatlara da toxunan Ərdoğan deyib: "Bu romanı tezliklə yaz, amma mənə göndərməyi unutma".
Kənan YUSİF