İmamoğlu və digərlərinin həbs müddəti UZADILDI

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı açılan “korrupsiya” istintaqı çərçivəsində aralarında Əkrəm İmamoğlunun da olduğu 13 şübhəlinin həbs müddətinin uzadılması qərara alınıb.
Redaktor.az xəbər verir ki, aylıq həbs baxışını keçirən məhkəmə həbslərin davam etdirilməsinə qərar verib.
Məhkəmədə həbs üçün əsas təşkil edən konkret səbəblərin hələ də qüvvədə olduğu vurğulanıb.