1 milyon fələstinlini Liviyaya köçürmək İSTƏYİRLƏR

 09:59 17.05.2025     121

ABŞ Prezidenti Donald Trampın administrasiyası fələstinlilərin Qəzza zolağından Liviyaya köçürülməsi ilə bağlı plan hazırlayır.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı “NBC” telekanalı yayıb. 

Sözügedən plan çərçivəsində 1 milyon fələstinlinin Qəzzadan Liviyaya köçürülməsi nəzərdə tutulub. 

Bildirilib ki, Vaşinqton bunun qarşılığında Liviyaya daha əvvəl dondurulmuş aktivlərin aktivləşdirilməsini təklif etməyə hazırdır.