Lavrov və Rubio Rusiya-Ukrayna danışıqlarını müzakirə etdi

 17:00 17.05.2025     115

ABŞ dövlət katibi Marko Rubio və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Redaktor.az
xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarının nəticələrini müzakirə ediblər.

Qeyd edək ki, ötən gün İstanbulda Rusiya və Ukrayna arasında danışıqlar keçirilib.