ABŞ-də tornado nəticəsində azı 21 nəfər ölüb, çox sayda yaralı var

 17:56 17.05.2025     109

ABŞ-nin Missuri və Kentukki ştatlarında tornado nəticəsində azı 21 nəfər ölüb.

Redaktor.az xəbər verir ki bu barədə “NBC News” məlumat yayıb.

Daha onlarla insan yaralanıb və xəstəxanalara aparılıb. 

Axtarış-xilasetmə əməliyyatları davam edir.

Səlahiyyətlilər ölən və yaralananların sayının artacağını bildirir.

Tornado nəticəsində binaların damları qopub, ağaclar aşıb, kommunal xətlər sıradan çıxıb.

Kentukki ştatında 103 mindən çox, Missuridə isə 85 min ev işıqsız qalıb.