Qəzzada HƏMAS liderlərindən olan Məhəmməd Sinvarın cəsədi TAPILDI

 12:47 18.05.2025     643

Fələstinin HƏMAS hərəkatının liderlərindən biri olan Məhəmməd Sinvarın cəsədi Qəzza zolağının cənubundakı tunellərdən birində tapılıb.

Redaktor.az xəbər verir ki, bu iddia ilə "Al Hadath" telekanalı çıxış edib.

Onun mənbələrinin məlumatına görə, HƏMAS-ın Siyasi Bürosunun keçmiş rəhbəri Yəhya Sinvarın qardaşının və daha 10 silahlının cəsədi Xan Yunis şəhərinin altındakı tuneldə aşkarlanıb.

HƏMAS hərəkatı hələlik bu məlumatı şərh etməyib.

Xatırladaq ki, mayın 13-də İsrail Müdafiə Ordusu (SAXAL) Xan Yunisdə Avropa Xəstəxanasının altındakı yeraltı qərargahı vurduğunu açıqlamışdı.