Radikallar Qəzzadan İsrailə iki raket ATDILAR

 19:18 18.05.2025     105

Qəzza zolağından radikal qruplaşmalar İsrail ərazisinə iki raket atıblar.

Redaktor.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

“Qəzza zolağından atılan iki raket İsrail ərazisinə düşüb. Onlardan biri havada zərərsizləşdirilib, digəri isə məskunlaşmamış ərazidə yerə düşüb,” – deyə məlumatda bildirilir.

“Xəsarət alanlar barədə məlumat yoxdur,” – deyə mətbuat xidməti əlavə edib.