Somalidə hərbi baza yaxınlığında güclü partlayış OLDU

Somalinin paytaxtı Moqadişoda Damaanyo hərbi bazası yaxınlığında güclü partlayış olub.
Redaktor.az xəbər verir ki, yerli mənbələrdən əldə edilən məlumata görə, Somali Milli Ordusuna qoşulmaq üçün namizədlərin qeydiyyatdan keçmək üçün növbə gözlədikləri ərazidə bir şəxs partlayıcı qurğunu işə salıb.
Hücum nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Hücuma görə məsuliyyəti hələlik üzərinə götürən olmayıb.