Danimarka Ukraynaya 628,4 milyon dollar məbləğində yardım paketi ayırdı

 23:10 18.05.2025     82

Danimarka Müdafiə Nazirliyi Ukraynaya təxminən 4,2 milyard Danimarka kronu (628,4 milyon ABŞ dolları) məbləğində 26-cı hərbi yardım paketi ayırıb.

Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, 2025-2028-ci illər üçün nəzərdə tutulan hərbi yardım paketi Ukrayna Fondu və Avropa İttifaqının mexanizmi - Avropa Sülh Fondu vasitəsilə maliyyələşdirilir.

Paket çərçivəsində Ukrayna əlavə artilleriya silahları və döyüş sursatları alacaq.

Bundan əlavə, Ukraynaya döyüş təyyarələri üçün avadanlıq, təlim bazasının genişləndirilməsi və digər məqsədlər üçün yardım veriləcək.

Qeyd edək ki, Danimarka 2023-2028-ci illər üzrə Ukrayna Fondu çərçivəsində Ukraynaya hərbi yardım məqsədiə ümumilikdə 66,1 milyard Danimarka kronu ayırıb. Əvvəlki - 25-ci paket çərçivəsində Ukraynaya 970 milyard ABŞ dollar məbləğində hərbi yardım göstərilmişdi.