Polşada prezident seçkilərində seçici fəallığı 50 %-i ÖTÜB

 23:58 18.05.2025     136

Polşada yerli vaxtla saat 17:00-a (Bakı vaxtı ilə saat 19:00 - red.) olan məlumata görə, səsvermə hüququ olan seçicilərin 50 %-dən çoxu prezident seçkilərində səs verib.

Redaktor.az xəbər verir ki, bunu respublikanın Dövlət Seçki Komissiyasının sədri Silvester Marçinyak deyib.

“Bildirirəm ki, Polşa Respublikası prezidenti seçkilərində bu il mayın 18-də saat 17:00-a səsvermə hüququ olan 14 milyon 405 min 533 nəfərə seçki bülletenləri verilib ki, bu da seçicilərin ümumi sayının 50,69 faizini təşkil edir”, - o, mətbuat konfransında deyib.

Məmurun sözlərinə görə, bu, 2020-ci ildə keçirilən son prezident seçkilərində səsvermənin bitməsinə 4 saat qalmış seçicilərin 47,89 %-nin səs verdiyindən daha yüksəkdir.

Qeyd olunur ki, ən yüksək seçici fəallığı Varşavada və paytaxtın Mazovetski voyevodluğunda qeydə alınıb. Marçinyak vurğulayıb ki, indiki seçkilər zamanı insidentlərin həcmi 2020-ci ilin rəqəmləri ilə müqayisə oluna bilər və qanun pozuntularında ciddi artım müşahidə olunmayıb.

Polşada dövlət başçısı postuna 13 namizəd mübarizə aparır. Sorğulara görə, onların heç biri birinci turda (50%+1) qalib gəlmək üçün seçicilərin mütləq əksəriyyətinin dəstəyini ala bilməyəcək.