Macarıstan Ukraynaya hərbi yardıma qarşı çıxdı

 02:42 19.05.2025     114

Macarıstan Ukraynaya hərbi dəstək vermək niyyətində deyil və münaqişədən kənarda qalmağa davam edəcək.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Peter Siyarto bildirib. 

"Ukrayna bizim üçün deyil, özü üçün mübarizə aparır. Bizim müdaxilə etmək üçün heç bir hüquqi və mənəvi öhdəliyimiz yoxdur. Bizim vəzifəmiz Macarıstan xalqını qorumaqdır", - o vurğulayıb.

Macarıstanın xarici işlər naziri ABŞ-nın vasitəçiliyi ilə aparılan sülh danışıqlarını dəstəkləyib, lakin Aİ-ni “səyləri pozduğuna” görə tənqid edib. Onun fikrincə, Brüssel siyasət uğursuzluqlarına görə məsuliyyəti gecikdirmək üçün müharibəni uzadır.

“Ancaq vaxt gələcək”, - nazir əlavə edib.

Mayın 18-də Sziyarto bəyan edib ki, ölkədə korrupsiyanın yüksək səviyyəsinə görə Ukrayna Avropa İttifaqına qəbul edilməməlidir.

Oxşar bəyanatı həmin gün Macarıstanın baş naziri Viktor Orban da verib. O, bəyan edib ki, Ukraynanın tələsik Avropa İttifaqına daxil olmasına yol vermək olmaz, çünki bu, milli maraqlara təhlükə yaradır.

Turan İSMAYIL