Makron Putini Ukraynada atəşkəsə razılaşmağa çağırdı

Fransa Prezidenti Emmanuel Makron Rusiya prezidentindən Ukraynada qeyd-şərtsiz atəşkəslə razılaşmağı tələb edib.
Redaktor.az xəbər verir ki, o, Qərb liderləri ilə telefon danışığından sonra X sosial şəbəkəsində rusiyalı həmkarı Vladimir Putinə müraciət edib.
Makronun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampla apardığı danışıqlarda, Putin “prezident Trampın təklif etdiyi, Ukrayna və Avropanın dəstəklədiyi 30 günlük qeyd-şərtsiz atəşkəs rejimini qəbul etməklə sülh istədiyini” göstərməlidir.
Aytəkin TOFİQQIZI