Putin Tramp ilə danışıqlarda sülh istədiyini nümayiş etdirmək niyyətindədir

 10:47 19.05.2025     78

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla söhbətində Ukraynada sülh arzusunu nümayiş etdirmək niyyətindədir.

Redaktor.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.

Jurnalın yazdığına əsasən, Putin Trampı sülhə sadiqliyinə inandırmağa çalışacaq. Lakin Rusiya tərəfi “əvvəl atəşkəs, sonra danışıqlar” düsturunu qəbul etməyə hazır deyil.

Nəşr qeyd edir ki, Putin ABŞ ilə münasibətləri bərpa etmək və Tramp vasitəsilə qarşılıqlı inam yaratmaq niyyətindədir. Məqalə müəllifləri hesab edir ki, Kreml həmçinin potensial iqtisadi sövdələşmələrlə maraqlana bilər.

Aytəkin TOFİQQIZI