Xərçəngə qalib gələn uşağın xəyalı üçün bələdiyyə hərəkətə KEÇDİ

 11:09 19.05.2025     105

İstanbulun Sancaktəpə səmtində övladı xərçəngə qalib gələn atanın sosial şəbəkədə etdiyi emosional müraciət minlərlə insanı təsirləndirib.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, Sancaktəpə Bələdiyyə sədri Alpər Yegin atanın çağırışına dəstək verdi.

Bələdiyyə sədri Yegin ailəyə müraciətində bunları deyib: "Oğlunuzu xərçəngə qalib gəlməsi münasibətilə təbrik edirəm, qardaşım. Sizi və bütün vətəndaşlarımızı 25 mayda Sancaktepe Meydanı Parkında hava şarlarını uçurmağa dəvət edirəm".

Bələdiyyə sədrinin bu addımı isə ailəyə çox xoş təsir bağışlayıb. Hazırda tədbirin həyata keçirilməsi üçün hazırlıqlara başlanılıb.

Vasif  ƏLİHÜSEYN