Keçmiş millət vəkili vəfat etdi - FOTO

1965-ci il seçkilərində Türkiyə Böyük Millət Məclisinə daxil olan 15 Türkiyə İşçi Pariyasının millət vəkilindən biri olan Yusif Ziya Bahadınlı 98 yaşında dünyasını dəyişib.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, müəllim kimi məktəb və liseylərdə türkcə və ədəbiyyatdan dərs deyən Bahadınlı “Hür” və “Yeni Dünya” nəşriyyatlarını qurub və bu nəşriyyatlar iyirmi il fəaliyyət göstərib. O, sosializm problemlərindən bəhs edən “İlkə” və “Yeni Dünya” adlı iki jurnal da nəşr etdirib. Bahadınlı 1965-ci il seçkilərində Türkiyə İşçi Partiyasının (TİP) üzvü kimi Türkiyə Böyük Millət Məclisində (TBMM) millət vəkili olub.
Bahadınlı 12 sentyabr 1980-ci il çevrilişindən əvvəl getdiyi Avropada 11 il sürgün həyatı yaşayıb. Daha sonra Türkiyəyə qayıdan Bahadınlı sosializm mübarizəsini qaldığı yerdən davam etdirərək Sosialist İqtidar Partiyasına üzv olub və daha sonra bu partiyanın liderliyində Türkiyə Kommunist Partiyasının (2001) qurulması ilə mübarizəsini davam etdirib.
Vasif ƏLİHÜSEYN