Putin və Tramp bu axşam telefon danışığı APARACAQLAR

 13:23 19.05.2025     131

Rusiya Prezidenti Vladimir Putin bu gün Moskva vaxtı ilə saat 17:00-da amerikalı həmkarı Donald Trampla telefon danışığı aparacaq.

Redaktor.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.

"Trampla söhbət İstanbul danışıqlarının nəticələri nəzərə alınmaqla baş tutacaq", - o qeyd edib.