Diyarbəkirdə cinayətkar dəstəyə zərbə: 19 nəfər həbs olundu

Türkiyənin Diyarbəkir vilayəti başda olmaqla beş vilayətdə eyni anda keçirilən əməliyyatda 32 şübhəli saxlanılıb, onlardan 19-u məhkəmə qərarı ilə həbs edilib.
Redaktor.az xəbər verir ki, Diyarbəkir Baş Prokurorluğunun koordinasiyası ilə İl Emniyyət Müdirliyinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbəsi tərəfindən aparılan istintaq çərçivəsində, rəhbərliyini Ş.T. adlı şəxsin etdiyi silahlı cinayətkar dəstənin "narkotik vasitələrin alveri", "planlı adam öldürmə", "təhdid və quldurluq", "qanunsuz silah saxlama", "qəsdən xəsarət yetirmə" və "faizçilik" kimi cinayətlərə qarışdığı müəyyən edilib.
Diyarbəkir şəhər mərkəzi və Lice rayonu ilə yanaşı İstanbul, Ankara, Antalya və Karabükdə keçirilən eyni vaxtlı əməliyyatlarda 10 qanunsuz tapança, 2 siqnal tapançası, 4 ov tüfəngi, müxtəlif çaplı patronlar, 5 kiloqram 600 qram marixuana və 5 ədəd sintetik narkotik həbi müsadirə olunub.
Əməliyyat nəticəsində saxlanılan 32 şübhəlidən 19-u məhkəmə qərarı ilə həbs edilib, 13 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Kənan YUSİF