Tramp Putinlə şəxsi görüşə açıqdır - Ağ Ev

ABŞ Prezidentii Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə şəxsi görüşə açıqdır.
Redaktor.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levit jurnalistlər üçün keçirdiyi brifinqdə məlumat verib.
“Prezident mütləq buna açıq olacaq”, – deyə o, jurnalistlərin sualını cavablandırarkən bildirib.
Levitin sözlərinə görə, Tramp Ukraynadakı münaqişəyə son qoymaq üçün tərəflər arasında mümkün qədər tez atəşkəsin əldə olunmasına çalışır.
Aytəkin TOFİQQIZI