Türkiyənin Aydın şəhərində 3,8 bal gücündə zəlzələ baş VERDİ

 19:22 19.05.2025     86

Türkiyənin Aydın vilayətinin Germencik rayonunda 3,8 bal gücündə zəlzələ qeydə alınıb.

Redaktor.az xəbər verir ki, AFAD-ın yaydığı məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 15:58-də baş verib. Zəlzələ mərkəzi yerin 8,77 kilometr dərinliyində yerləşib.

İlkin məlumatlara əsasən, təkanlar nəticəsində hər hansı dağıntı və ya insan itkisi qeydə alınmayıb. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Kənan YUSİF