Toy karvanında “drift” edən sürücüyə 73 min lirə CƏRİMƏ

 21:08 19.05.2025     94

Türkiyənin Kayseri şəhərinin Melikqazi rayonunda toy karvanında “drift” edərək ətraf mühiti narahat edən sürücüyə 73 min 538 lirə cərimə (3217 manat) tətbiq edilib.

Redaktor.az xəbər verir ki, Yeniköy məhəlləsində baş verən hadisə ilə bağlı daxil olan məlumat əsasında hərəkətə keçən Nəqliyyat Nəzarət Şöbəsi əməkdaşları, qayda pozan sürücünü müəyyən edərək ona Türkiyə Yol Hərəkəti Qanununun müvafiq maddələrinə əsasən yüksək məbləğdə cərimə kəsiblər.

Həmçinin, “yol hərəkəti təhlükəsizliyini təhlükəyə atmaq” ittihamı ilə sürücü barəsində cinayət işi açılıb, onun sürücülük vəsiqəsi 2 ay müddətinə müsadirə edilib.

Kənan YUSİF