BMT Putin-Tramp danışıqlarını faydalı adlandırdı

ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı müsbət haldır və alqışlanmalıdır.
Redaktor.az “Report"a istinadən xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında deyib.
Sözçü bildirib ki, Rusiya Prezident Vladimir Putin ilə ABŞ lideri Donald Tramp arasında təxminən iki saat davam edən danışıqların məzmunlu və faydalı olduğunu düşünür.
“Səylərimiz Ukraynadakı müharibənin BMT-nin prinsipləri, o cümlədən ölkənin ərazi bütövlüyü və müvafiq təhlükəsizlik məsələlərinə əsaslanan prinsiplər çərçivəsində sona çatmasına yönəlib. Biz bu istiqamətdə atılacaq hər bir addımı dəstəkləyirik,” – Dujarrik əlavə edib.
BMT nümayəndəsi, həmçinin münaqişənin beynəlxalq hüquq və BMT Nizamnaməsi prinsipləri əsasında sülh yolu ilə həllinin vacibliyini vu burğulayıb.