Ukrayna ilə danışıqlar haqqında: Biz düzgün yoldayıq

Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların bərpası hər iki tərəfin düzgün yolda olduğunu göstərir.
Redaktor.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampla danışıqlardan sonra deyib.
“İstanbul görüşünü iştirakçıları arasında təmaslar bərpa olunub və bu, bizim ümumilikdə düzgün yolda olduğumuzu deməyə əsas verir. Sual ondan ibarətdir ki, Rusiya və Ukrayna tərəfləri sülh üçün maksimum istək nümayiş etdirsinlər və bütün tərəflərə uyğun olan kompromislər tapsınlar”, - Putin bildirib.
Onun sözlərinə görə, Rusiyanın mövqeyi aydındır: “Bizim üçün əsas odur ki, bu böhranın əsas səbəblərini aradan qaldıraq”.
Xatırladaq ki, mayın 16-da İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin son üç ildə ilk ikitərəfli görüşü baş tutub. Danışıqlardan sonra tərəflər “1000-ə 1000” düsturuna əsasən məhbusların dəyişdirilməsi barədə razılığa gəliblər. Bundan əlavə, Moskva və Kiyev atəşkəslə bağlı fikirlərini ətraflı təqdim edəcəklərini və danışıqlar prosesini davam etdirəcəklərini vəd ediblər.