Meloninin Makronla söhbətindəki mimika hörmətsizlik siqnalı verir - Psixoloq

 09:08 20.05.2025     91

İtaliyanın Baş naziri Giorgia Meloninin Fransa Prezidenti Emmanuel Makronla ünsiyyəti zamanı verdiyi mimika onun daxili münasibətini ortaya qoyub.

Redaktor.az bu barədə "Politico"ya istinadla məlumat verir.

Psixoloji təhlükəsizlik üzrə ekspert Ruslan Pankratovun sözlərinə görə, Meloni fransız liderinə qarşı hörmətsizlik nümayiş etdirib və bu, onun üz ifadələrində aydın şəkildə əks olunub.

“Meloni öz emosiyalarını gizlətməkdə çətinlik çəkir. Onun psixoloji sabitliyi zəifdir və hissləri birbaşa üzündə əks olunur”, – deyə Pankratov bildirib.

Ekspert əlavə edib ki, bu davranış Meloninin dəyişkən psixoloji vəziyyətindən irəli gəlir və belə hallarda liderlərin mimikaları onların real münasibətlərini üzə çıxarır.

Aytəkin TOFİQQIZI