Rumınya sakinləri Rusiyadan sığınacaq istədilər

 09:27 20.05.2025     98

Rumıniya vətəndaşları ölkədə keçirilmiş prezident seçkilərinin nəticələrinə etiraz olaraq pasportlarını kəsiblər və Rusiyadan, eləcə də digər ölkələrdən siyasi sığınacaq tələb etməyə başlayıblar.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı RT öz Teleqram kanalında yayıb.

Nəşr bəzi vətəndaşların sözlərini sitat gətirərək bildirib: “Biz və bütün ailəmiz olduğumuz yerdə vətəndaşlıq üçün müraciət etmək qərarına gəldik və Rumıniya vətəndaşlığından imtina edəcəyik”.

Məlumata görə, Rumıniyada keçirilən prezident seçkilərinin ikinci turunda Buxarestin meri, liberal qüvvələrin nümayəndəsi Nikuzor Dan qalib gəlib. Seçkilər ötən il baş tutsa da, sağçı populist namizəd Kalin Georgescu-nun əvvəlki qələbəsindən sonra Konstitusiya Məhkəməsi səsvermənin nəticələrini ləğv edib.

Aytəkin TOFİQQIZI