Tramp Ukrayna münaqişəsindən çəkilmə şərtini açıqladı

 09:46 20.05.2025     98

ABŞ-nin Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həllinə dair Rusiya lideri Vladimir Putinlə danışıqlardan sonra ciddi dəyişikliklərin olacağına əminliyini ifadə edib.

Redaktor.az bu barədə "Politico"ya istinadla məlumat verir.

Tramp bildirib ki, bu münaqişədə “çox böyük eqolar” mövcuddur və məhz bu səbəbdən dəyişikliklərin qaçılmaz olduğunu düşünür. O, həmçinin qeyd edib ki, əgər gözlənilən dəyişikliklər baş verməsə, ABŞ Ukrayna üzrə nizamlanma prosesindən geri çəkiləcək.

Aytəkin TOFİQQIZI