ABŞ sanksiyaları yumşalda bilər

ABŞ Rusiyanı danışıqlarda güzəştə getməyə məcbur etmək üçün mövcud sanksiyaları yumşalda bilər.
Redaktor.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məqalədə bildirilir: “Birləşmiş Ştatların bu nöqtədə Rusiyaya rıçaq baxımından təklif edə biləcəyi imkanların sərhədləri kosmosdan görünür”. Analitiklərə görə, Vaşinqtonun əlində Moskvanı təzyiq altında saxlamaq üçün çox az vasitə qalıb.
Nəşr qeyd edir ki, ABŞ Hindistan və Çin şirkətlərinə qarşı məhdudiyyətlər tətbiq etməklə sanksiya rejimini daha da sərtləşdirə bilər. Lakin bu addım ABŞ-nin yeni ticarət razılaşmalarına imza atdığı dünya gücləri ilə münasibətlərdə gərginlik yarada bilər.
Alternativ variant olaraq, ABŞ Rusiyaya qarşı sanksiyaları müəyyən qədər yüngülləşdirə bilər. Bununla belə, bu addım Avropadakı müttəfiqlərin narazılığına səbəb ola və transatlantik həmrəyliyə zərər vura bilər. Ekspertlər bildirirlər ki, Vaşinqton Avropanın dəstəyi olmadan belə bir qərarı effektiv şəkildə reallaşdıra bilməz.
Aytəkin TOFİQQIZI