Aİ və Britaniyadan Rusiyaya qarşı yeni SANKSİYALAR

 14:12 20.05.2025     182

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 17-ci sanksiya paketini təsdiqləyib.

Redaktor.az xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Kaya Kallas “X” sosial şəbəkəsində yazıb.

"Aİ Rusiyaya qarşı 17-ci sanksiya paketini qəbul edib. "Qara siyahı"ya 200-ə yaxın tanker daxil edilib”, - o bildirib.

Kaya Kallas vurğulayıb ki, artıq Moskvaya qarşı 18-ci sanksiya paketi üzərində işə başlanılıb.

Böyük Britaniya da Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib.

Britaniya hökumətinin yaydığı məlumata görə, siyahıya 20 fiziki şəxs və 62 qurum əlavə edilib.

Vumart və Güvən reklamı Vumart Güvən