Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən ÇIXDI

Macarıstan parlamenti bu gün ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxması prosesinə start verən qanunu qəbul edib.
Redaktor.az bu barədə yerli mediaya istinadla xəbər verir.
Məlumata görə, səsvermə apreldə başlayan prosedurun növbəti mərhələsi olub. Daha sonra Baş nazir Viktor Orbanın nümayəndəsi hökumətin BCM-dən çıxmaq barədə qərarını açıqlayıb.
Macarıstanın xarici işlər naziri Peter Siyarto ölkənin BCM-ni tamamilə tərk etmə prosesinin təxminən bir il çəkəcəyini bildirib.