"Putin və Tramp SSRİ və ABŞ-nin “döyüş qardaşlığına” xüsusi diqqət yetiriblər"

 14:23 20.05.2025     107

Bazar ertəsi Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı zamanı İkinci Dünya müharibəsi zamanı SSRİ və ABŞ-ın “döyüş qardaşlığı” mövzusuna xüsusi diqqət yetirilib

Redaktor.az-ın TASS-a istinadla məlumatına görə, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Amerika lideri Vaşinqton və Moskvanın bu gün bir-birindən çox uzaq olmasından təəssüfləndiyini bildirib və Putin Qələbə Günü ərəfəsində Ukraynanın hərəkətlərini xatırladıb.

"Liderlər İkinci Dünya müharibəsi zamanı ölkələrimizin necə müttəfiq olduqları, nasist Almaniyasına və militarist Yaponiyaya qarşı birgə döyüşdüyü barədə çox və səmimi danışdılar. Tramp bu hərbi qardaşlığı xatırlayır və qəribə şəraitə görə bu gün ölkələrimizin nəinki birlikdə deyil, həm də bir-birindən çox uzaq olmasından təəssüflə danışır", - Uşakov deyib.

Turan İSMAYIL