ABŞ Ədliyyə Nazirliyi Jill Baydeni məhkəməyə verməyə hazırlaşır?

 17:17 20.05.2025     98

Yayılan bəzi iddialara görə, ölkənin Ədliyyə Nazirliyi Prezident Co Baydenin həyat yoldaşı Jill Baydeni məhkəməyə vermək ehtimalını nəzərdən keçirir.

Redaktor.az bu barədə "Reuters"ə istinadla məlumat verir.

İddialara əsasən, sözügedən məsələ Prezident Baydenə prostat xərçəngi diaqnozu qoyulması ilə əlaqələndirilir.

Xəbərlərdə bildirilir ki, Jill Baydenin ərinin sağlamlıq vəziyyətindən xəbərdar olmasına baxmayaraq, o, 2024-cü il prezident seçkilərində Baydenin namizədliyini dəstəkləməkdə israr edib. Nazirliyin bu davranışı “yaşlılara qarşı məsuliyyətsiz davranış” kimi qiymətləndirə biləcəyi və bu istiqamətdə hüquqi addım atmağa hazırlaşdığı iddia olunur.

Aytəkin TOFİQQIZI