Tramp Putinə heç bir güzəşt etməyib - Rubio

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin həllində Rusiya Prezidenti Vladimir Putinə heç bir güzəştə getməyib.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio Senatın Respublikaçılar administrasiyasının Ukrayna ilə bağlı siyasətini tənqid etməsinə cavab olaraq bildirib.
İclasda iştirak edən senatorlardan biri deyib ki, Tramp administrasiyası Ukrayna ilə danışıqlar başlamazdan əvvəl Rusiyaya təzyiq rıçaqı əldə etməyə imkan verib. Rubio isə bu fikirlə razılaşmayıb.
“Rusiyaya qarşı heç bir sanksiya ləğv edilməyib. Əvvəlki administrasiya dövründə tətbiq edilən bütün sanksiyalar qüvvədə qalır. Təzyiq riçaqlarından imtina fikri... bu gün də bizdə əvvəlki administrasiya dövründə olduğu kimi eyni rıçaqlar var... O (Vladimir Putin - red.) heç bir güzəştə nail olmayıb”, - ABŞ Dövlət katibi vurğulayıb.