Türkiyədə boya fabrikində yanğın baş VERDİ

 21:01 20.05.2025     104

Türkiyənin Kocaeli şəhərinin Gebzə rayonunda yerləşən boya fabrikində yanğın baş verib.

Redaktor.az xəbər verir ki, fabrikin qazan bölməsində səbəbi hələ müəyyənləşdirilməyən yanğınla bağlı hadisə yerinə yanğınsöndürən, UMKE, zabıta, sağlamlıq və jandarma qüvvələri cəlb olunub.

Ümumilikdə 33 texnika və 98 nəfərlik heyətin müdaxilə etdiyi yanğın nəticəsində fabrikdə maddi zərər yaranıb. Yanğının tam səbəbi ilə bağlı araşdırma aparılır.

Kənan YUSİF