İspaniyada mobil elektrik şəbəkələri ÇÖKDÜ

 21:08 20.05.2025     119

İspaniyada Telefonica şirkətinə məxsus telekommunikasiya infrastrukturunda baş verən texniki nasazlıq ölkə üzrə ciddi rabitə problemlərinə səbəb olub. Hadisə, son həftələrdə yaşanan elektrik kəsintilərindən sonra qeydə alınıb.

Redaktor.az xəbər verir ki, Telefonica xidmətlərini əhatə edən bu nasazlıq səbəbilə xüsusilə sabit telefon xətlərində genişmiqyaslı kəsintilər müşahidə edilib. Mobil səs xidmətlərində də qismən ləngimələr yaşanıb, bəzi bölgələrdə təcili yardım xətlərinə belə zəng etmək mümkün olmayıb.

Kənan YUSİF