Suriyaya qarşı sanksiyaların ləğvi qərarları son dərəcə müsbətdir - Cevdet Yılmaz

 21:21 20.05.2025     123

Türkiyə Prezidenti Köməkçisi Cevdet Yılmaz, ABŞ və Avropa İttifaqı tərəfindən Suriyaya qarşı tətbiq olunan sanksiyaların ləğv olunması ilə bağlı qərarları "son dərəcə müsbət addımlar" kimi qiymətləndirib.

Redaktor.az xəbər verir ki, Yılmaz, sosial media hesabında paylaşdığı açıqlamada, bu qərarların Suriyalı günahsız insanların cəzalandırılmasının və ölkənin yenidən qurulma prosesinin qarşısının alınmasının qarşısını almaq baxımından əhəmiyyətli olduğunu bildirib.

“Əvvəllər zalım rejimə qarşı tətbiq olunan bu sanksiyalar, davam etdirildiyi halda, Suriya xalqını cəzalandırmağa və yenidənqurma prosesini ləngitməklə nəticələnəcəkdi”, – deyə Yılmaz vurğulayıb.

Kənan YUSİF