İsrail ordusu Qəzzada əməliyyatı genişləndirir

 23:14 20.05.2025     63

İsrail ordusu özünümüdafiə çərçivəsində Qəzza zolağında əməliyyatı genişləndirir, lakin girovların azad edilməsi ilə bağlı razılıq əldə olunarsa, “hərəkətlərini tənzimləməyə” hazırdır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu İsrail ordusunun baş qərargah rəisi Eyal Zamir bildirib.

O vurğulayıb ki, İsrail tərəfi Fələstinin HƏMAS hərəkatı tam məğlub olana qədər əlavə ərazilər üzərində operativ nəzarət yaradacaq, terrorçuların infrastrukturunu təmizləyəcək və məhv edəcək 

Onun sözlərinə görə, girovların xilas edilməsi kampaniyanın prioritet məqsədi olaraq qalır.

Daha əvvəl bildirilmişdi ki. Fələstinin HƏMAS hərəkatı Amerikanın xüsusi nümayəndəsi Stiv Vitkoffun girovların azad edilməsi və atəşkəs planını qəbul etməkdən imtina etdiyi üçün İsrail Dohadan nümayəndə heyətini geri çağırır. 

Həmçinin Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Devid Lammi bildirib ki, Britaniya İsrail ordusunun Qəzza zolağında yeni əməliyyatı ilə əlaqədar İsraillə azad ticarət sazişinin bağlanması ilə bağlı danışıqları dayandırıb.

Turan İSMAYIL