Almaniyada tikinti liftinin düşməsi nəticəsində üç nəfər ÖLDÜ

Almaniyanın cənub-qərbində tikinti liftinin düşməsi nəticəsində üç nəfər ölüb.
Redaktor.az xəbər verir ki, bu barədə “Stern” jurnalı məlumat yayıb.
“Baden-Vürtemberqin ən böyük tikinti meydançalarından birində, Horb-am-Nekkar şəhərində körpü tikintisi üçün nəzərdə tutulmuş liftin qəzası sonucunda üç fəhlə həlak olub”, – nəşr yazıb.
Qeyd olunub ki, lift tikinti kranına bərkidilməli olsa da, ayrıldığı üçün hadisə baş verib.
Faktla bağlı araşdırma aparılır.