Britaniya İsraillə azad ticarət sazişi üzrə danışıqları dayandırdı

 00:07 21.05.2025     98

Böyük Britaniya İsrail hökuməti ilə yeni azad ticarət sazişi üzrə danışıqları dayandırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri David Lammi parlamentdə çıxışı zamanı məlumat verib.

“Biz İsrail hökuməti ilə yeni azad ticarət sazişi üzrə danışıqları dayandırmışıq. 2030-cu il ikitərəfli yol xəritəsi çərçivəsində əməkdaşlığımızı da yenidən nəzərdən keçirəcəyik. Netanyahunun rəhbərlik etdiyi hökumətin addımları bizi bu qərarı verməyə vadar edib”,- deyə nazir bildirib.

Qeyd edək ki, Böyük Britaniya İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatları dözülməz adlandırıb və İsrailin Londondakı səfiri Tzipi Hotovelini Xarici İşlər Nazirliyinə çağırıb. Böyük Britaniyanın Baş naziri Kir Starmer də İsrailin əməliyyatlarının dəhşətli miqyasda artmasından narahatlığını ifadə edib.