Almaniya Kansleri Rusiyanı ittiham edir

Almaniya Federal Kansleri Aparatının rəhbəri Fridrix Merz Torsten Frei Rusiyanı Ukraynada atəşkəsə maraq göstərməməkdə ittiham edib.
Redaktor.az xəbər verir ki, bu barədə Almaniyanın n-tv telekanalı məlumat yayıb.
“Son günlərdə pilotsuz təyyarə hücumları yenidən daha tez-tez və daha şiddətli hala gəldi”, – deyə Frei bildirib.
Onun sözlərinə görə, Moskva münaqişəni sona çatdırmaq niyyətində deyil, əksinə, zamanla oynayır.
Departament rəhbəri əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin guya ABŞ-ni Avropaya qarşı qoymağa çalışır.
Aytəkin TOFİQQIZI