Avropa Trampın Zelenskiyə mesajını açıqladı

 09:29 21.05.2025     103

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenski ilə söhbəti zamanı Avropaya ABŞ-nin Rusiyaya qarşı sanksiyalara qoşulmayacağına dair siqnal verib.

Redaktor.az xəbər verir ki, bu barədə The New York Times qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

“Bir sıra Avropa rəsmiləri bildiriblər ki, bu çağırışdan götürdükləri mesaj ABŞ-ın [Rusiya Prezidenti Vladimir] Putinə əlavə maliyyə təzyiqi göstərmək üçün onlara yaxın vaxtlarda qoşulacağını gözləməməlidirlər”, – deyə nəşr yazır.

Qeyd olunur ki, eyni söhbət zamanı Donald Tramp Vladimir Zelenskiyə Rusiya və Ukraynanın münaqişəni təkbaşına həll etməli olduğunu bildirib.

Aytəkin TOFİQQIZI