Baydenin diaqnozunun təfərrüatları açıqlandı

ABŞ-nin keçmiş prezidenti Co Bayden sonuncu dəfə 2014-cü ildə, vitse-prezident olduğu dövrdə prostat xərçəngi üzrə müayinədən keçib.
Redaktor.az xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) siyasətçinin nümayəndəsinə istinadən məlumat yayıb.
“Keçmiş prezident Co Baydenin prostat xərçəngi üçün məlum olan sonuncu qan testi 2014-cü ildə olub ki, bu da onun vəzifədə olduğu 4 il ərzində xərçəng üçün yoxlanılmadığını göstərir”, – hesabatda deyilir.
Nəşr qeyd edir ki, Baydenin müntəzəm testlərdən könüllü şəkildə imtina edib-etmədiyi və ya bu qərarın tibbi heyət tərəfindən onun iştirakı olmadan verilib-verilmədiyi hələlik aydın deyil.
Aytəkin TOFİQQIZI