Qərb Rusiyanın tərəfdaşlarını şantaj etməkdə ittiham olunur

 10:02 21.05.2025     193

Qərb ölkələri Rusiyanın tərəfdaşlarını may ayının sonunda Moskvada keçiriləcək Təhlükəsizlik üzrə Ali Nümayəndələrin 13-cü Beynəlxalq Görüşünə nümayəndə heyətləri göndərməkdən çəkindirməyə çalışır.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksandr Venediktov müsahibəsində bildirib.

“Biz hamımız gördük ki, ayrı-ayrı Avropa ölkələri öz hava məkanlarını öz təyyarələrinin uçuşu üçün bağlayaraq, Serbiya, Slovakiya və Braziliya liderlərinin Qələbə Günü qeyd etmələrinə biabırçı şəkildə mane olmağa çalışdılar”, – deyə Venediktov qeyd edib.

Onun sözlərinə görə, Qərb ölkələri öz tərəfdaşlarına müxtəlif təzyiq üsulları  şantaj, hədələr və ultimatumlar vasitəsilə təsir göstərir. Lakin o vurğulayıb ki, bu cür metodlar nəticə vermir, çünki Qlobal Cənub və Şərq ölkələri təhlükəsizlik sahəsində çağırışlara cavab olaraq birgə və konstruktiv dialoqa üstünlük verirlər.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən