Trampın Ukrayna siyasəti humanitar impulslarla yönəldilir - Vens

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens bildirib ki, prezident Donald Trampın Ukrayna münaqişəsinə və ümumilikdə xarici siyasətə yanaşması əsasən humanitar mülahizələrə söykənir.
Redaktor.az xəbər verir ki, bu barədə o, “The New York Times” qəzetinə müsahibəsində danışıb.
“Məncə, çoxları tərəfindən kifayət qədər qiymətləndirilməyən və Trampın Ukrayna və Rusiyaya dair siyasətini motivasiya edən əsas amil onun humanitar impulsudur,” – deyə Vans vurğulayıb.
Vitse-prezident əlavə edib ki, bu yanaşma Trampın həm xarici, həm də daxili siyasətinə təsir göstərir.
Aytəkin TOFİQQIZI