Paşinyan İranın müdafiə naziri ilə regional təhlükəsizliyi müzakirə ETDİ

 19:17 21.05.2025     109

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsində rəsmi səfərdə olan İranın Müdafiə və Silahlı Qüvvələrin dəstəyi naziri, briqada generalı Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, tərəflər Ermənistan-İran əməkdaşlığının gündəliyində duran məsələləri, o cümlədən regional təhlükəsizlik və sabitliyin qorunmasını müzakirə ediblər.