Tramp Putinlə telefon danışığından razı qalıb

Mayın 19-da Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı nəticəsində Ukrayna münaqişəsinin həllində böyük irəliləyiş əldə olunub.
Redaktor.az "Reuters"ə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
Qeyd edək ki, Rusiya liderinin köməkçisi Yuri Uşakovun verdiyi məlumata görə , Rusiya və ABŞ prezidentləri telefon danışığını bitirmək istəməyiblər.
Onun sözlərinə görə, bu, “səmimi və məxfi” söhbət olub və bu söhbət zamanı iki ölkə başçıları bir-birinin adını çəkiblər.
Kreml sözçüsü həmçinin qeyd edib ki, Putin və Tramp söhbətin əsas mövzularından çoxlu kənara çıxıblar.
Xatırladaq ki, mayın 19-da Putin və Tramp arasında iki saatdan çox davam edən telefon danışığı olub.
Turan İSMAYIL