Türkiyədə dələduzluq şəbəkəsi ifşa edildi: 334 nəfər saxlanıldı

 22:49 21.05.2025     98

Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya, 58 vilayətdə keçirilən genişmiqyaslı əməliyyatlar nəticəsində “nitelikli dələduzluq”, “qeyri-qanuni mərc oyunları”, “onlayn uşaq müstəhcənsiliyi və təcavüzü” ilə “müxtəlif oğurluq” cinayətlərinə görə ümumilikdə 334 şübhəlinin saxlanıldığını, onlardan 170-nin həbs edildiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, nazir sosial media hesabından etdiyi paylaşımda vətəndaşlara səslənərək deyib: "Unutmayaq, kibercinayətlərə qarşı ən güclü qalxan məlumatlılıqdır. Şübhəli halları 112 Təcili Çağrı Mərkəzimizə bildirin, biz də üzərimizə düşəni edək".

Nazirin açıqlamasına görə, Baş Prokurorluqların və Daxili İşlər Nazirliyi Kibercinayətlərlə Mübarizə İdarəsinin koordinasiyası ilə İstanbul başda olmaqla, Hakkari, Mersin, Qaziantep, Çanaqqala, Diyarbəkır, Aydın, İzmir, Konya, Van, Kayseri və digər 48 vilayətdə keçirilən əməliyyatlarla dələduzluq şəbəkəsi çökdürülüb. 334 şübhəli saxlanılıb, onlardan 170-i məhkəmə qərarı ilə həbs olunub.

Kənan YUSİF