İŞİD-ə qarşı əməliyyat: 298 şübhəli saxlanıldı

 22:52 21.05.2025     99

Türkiyədə 47 vilayətdə terror təşkilatı İŞİD-ə qarşı son iki həftə ərzində polis və jandarma qüvvələri tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində 298 şübhəli saxlanılıb.

Redaktor.az xəbər verir ki, Daxili İşlər Naziri Ali Yerlikaya, əməliyyatlarla bağlı ətraflı məlumatı sosial media hesabında paylaşıb.

Nazir, terrorla mübarizənin qətiyyətlə davam edəcəyini vurğulayaraq, milli təhlükəsizliyə təhdid yaradan hər bir ünsürə qarşı tədbirlərin ardıcıl olaraq həyata keçiriləcəyini bildirib.

Əməliyyatlar çərçivəsində saxlanılan şübhəlilərin terror təşkilatı ilə əlaqələrinin araşdırıldığı və hüquqi prosedurların davam etdiyi qeyd olunub.

Kənan YUSİF