Norveç İsrailin diplomatlara atəş açmasını PİSLƏDİ

 23:06 21.05.2025     69

Norveç Xarici İşlər Naziri Espen Barth Eide, İsrail ordusunun Cənin Qaçqınlar Düşərgəsi yaxınlığında diplomatların da olduğu heyətə atəş açmasını kəskin şəkildə qınayıb.

Redaktor.az xəbər verir ki, nazir Eide, “X” sosial media platformasında paylaşdığı açıqlamada, İsrail əsgərlərinin diplomatlara qarşı açdığı atəşi qınadığını bildirib.

“İsrail ordusunun Cənin bölgəsində bir qrup diplomata qarşı hücumunu qətiyyətlə pisləyirəm,” – deyə qeyd edən Eide, bu hərəkətin qəbuledilməz olduğunu və beynəlxalq hüququn pozulması anlamına gəldiyini vurğulayıb.

Kənan YUSİF