"Huzur İstanbul" əməliyyatı çərçivəsində 975 nəfər saxlanıldı

 23:18 21.05.2025     87

İstanbulda keçirilən genişmiqyaslı “Huzur İstanbul” əməliyyatı zamanı aparılan yoxlamalar nəticəsində ümumilikdə 975 nəfər saxlanılıb.

Redaktor.az xəbər verir ki, İstanbul Təhlükəsizlik Müdirliyinin koordinatorluğu ilə 20 may tarixində keçirilən əməliyyat iki mərhələdə baş tutub.

Əməliyyatın ilk mərhələsində yerli vaxtla saat 20:00-dan 22:00-dək 215 nöqtədə 1403 əməkdaşın iştirakı ilə yol nəzarət tədbirləri həyata keçirilib. Əməliyyata polis helikopteri və Dəniz Limanı Şöbəsinə məxsus 5 qayıq da cəlb olunub.

İkinci mərhələdə isə yerli vaxtla saat 22:00-dan 23:59-a qədər 1303 əməkdaşın iştirakı ilə ictimai iaşə və əyləncə məkanlarında yoxlamalar aparılıb. Nəticədə müxtəlif səbəblərlə axtarışda olan və ya şübhəli bilinən 975 şəxs saxlanılıb.

Kənan YUSİF