Ukrayna PUA-ları Ryazana hücum etdi

Ukraynanın pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Ryazan vilayətinə hücum edib.
Redaktor.az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.
Yerli sakinlərin sözlərinə görə, Moskva vaxtı ilə saat 21:30-da səmada yeddi güclü partlayış səsi eşidilib. Moskva və Daşki rayonlarında pilotsuz təyyarələrin mühərriklərinin səsləri eşidilib.
Turan İSMAYIL