Moskvada vurulan pilotsuz təyyarələrin sayı AÇIQLANDI

Hərbçilər Moskvaya doğru uçan daha üç pilotsuz uçuş aparatının (PUA) hücumunu dəf edərək onların sayını 27-yə çatdırıb.
Redaktor.az xəbər verir ki, bu barədə paytaxtın meri Sergey Sobyanin "Telegram" kanalında məlumat verib.
O vurğulayıb ki, pilotsuz uçan aparatın dağıntılarının düşdüyü yerdə fövqəladə hallar xidmətinin mütəxəssisləri işləyir.
Bundan əvvəl Sobyanin bildirmişdi ki, hava hücumundan müdafiə sistemləri Moskvaya doğru uçan daha altı Ukrayna pilotsuz təyyarəsini vurub.
Qeyd edək ki, mayın 21-də Moskva vilayəti bütün gün ərzində PUA hücumlarına məruz qalıb. Nəticədə, Rusiya Nəqliyyat Nazirliyinin, Federal Hava Nəqliyyatı Agentliyinin və Hava Hərəkətinin İdarə Edilməsi üzrə Dövlət Korporasiyasının mütəxəssisləri hava limanları və aviaşirkətlərin fəaliyyətinə nəzarəti artırıblar.
Məlumata görə, təkcə Moskva vaxtı ilə saat 15:00-dan 18:00-dək olan müddətdə Rusiya Federasiyasının hava hücumundan müdafiə sistemləri ölkə ərazisi üzərində 30 Ukrayna pilotsuz təyyarəsini, o cümlədən Moskvaya yaxınlaşan dörd pilotsuz təyyarəni vurub.
Turan İSMAYIL